İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası cari ilin may ayında keçirilə bilər. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
Onun sözlərinə görə, komissiyanın iclasına hazırlıq işlərinə başlamaq məqsədilə Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenkonun Bakıya səfəri gözlənilir.
Səfir qeyd edib ki, ötən ilin noyabr ayında Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko arasında telefon danışığı zamanı komissiyanın iclasının keçirilməsinə dair razılıq əldə olunub.
O xatırladıb ki, dövlət başçıları arasında baş tutan söhbətdən sonra Ukraynanın baş nazirinin müavini Gennadi Zubko, bu ölkənin Prezident Administrasiyasının rəhbəri Boris Lojkin Azərbaycana səfərlər ediblər.
Onun sözlərinə görə, Ukraynanın rəsmi şəxsləri Azərbaycan rəhbərliyi ilə görüşlər keçiriblər. Həmin görüşlər zamanı keçiriləcək iclasa hazırlıq prosesi ətraflı müzakirə olunub.
A.Mişenko vurğulayıb ki, “adətən bizdə Hökumətlərarası Komissiyanın iclasından sonra prezidentlərin səfərləri baş tutur. Çünki iclasdan sonra komissiyanın qəbul etdiyi sənədlər əsasında Prezidentlər Şurasının toplantısı keçirilir. “Və biz yalnız bundan sonra prezidentlərin səfərlərinin dəqiq tarixini müəyyən edə bilərik”, - deyə səfir bildirib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət