“Cənub Qaz Dəhlizi” layihəsi dövlətlərin milli təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Azərbaycan prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında çıxışı zamanı belə söyləyib.
“Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Biz bu gün enerji təhlükəsizliyi barəsində danışanda bunu dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsi kimi başa düşürük”,- deyə prezident vurğulayıb.
O qeyd edib ki, “enerji resursları, diversifikasiya istənilən dövlətin sənaye və iqtisadi inkişafının əsas amilidir”.
“Zəngin təbii ehtiyatlara malik ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar enerji təchizatında başqalarından asılı deyillər, lakin eyni zamanda onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, istehsalçıların təqdim etdiyi həcmi qəbul etməyə qadir olan uzunmüddətli perspektiv bazarlar lazımdır”,- deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev bildirib ki, CQD layihəsi çərçivəsində istehsalçı, tranzit dövlətlərin, eyni zamanda istehlakçıların maraqlarının təmin edilməsi üçün çox yaxşı imkanlar var.
“Hesab edirəm ki, bizim planlarımızın yaxın 2-3 il ərzində uğurla həyata keçməsi bu layihənin gələcək üçün yaxşı potensialının olduğunu nümayiş etdirəcək”,- deyə dövlət başçısı vurğulayıb.
Prezident İ.Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.
O, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. Prezident TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib.
“Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət