Bu gün Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Bakıda nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər .
“Bu gün biz nəqliyyat məsələlərini müzakirə etdik. Hesab edirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan və Gürcüstanın milli maraqlarına cavab verir”, - deyə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov gürcü həmkarı Mixail Canelidze ilə mətbuat konfransında bəyan edib.
E.Məmmədyarovun sözlərinə görə, Azərbaycn və Gürcüstan strateji tərəfdaşdır. “Aramızda qarşılıqlı görüşlərin keçirilməsinə dair yaxşı ənənə mövcuddur. Bu səfəri ötən ay Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları arasında üçtərəfli görüşün davamı kimi xarakterizə etmək olar”, - deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, gürcü həmkarı ilə görüşdə humanitar və Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya məsələləri müzakirə olunub.
“480 km uzunluğunda ümumi sərhədimiz var. Bunun 314 km-i razılaşdırılıb. Bu məsələyə dair işçi qrupunun görüşünün keçirilməsi barədə razılığa gəldik. Gürcü ekspertlərin Bakıya səfərinə dair razılıq əldə etdik”, - deyə XİN başçısı qeyd edib.
E.Məmmədyarov məlumat verib ki, yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət