Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri Moskva şəhərində Tələbələrin I Beynəlxalq Forumunda Azərbaycanı təmsil ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Belə ki, ali məktəbin IV kurs tələbəsi Fəhmin Hüsüzadə və III kurs tələbəsi Zərifə Orucova Moskvaya yola düşüblər.
Tədbir İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin təşkilatçılığı ilə keçirilib.
Forumun rəsmi açılış mərasimində iştirak edən tələbələr universitetin rektoru Qeorqiyeviç Viktor Martınovla görüşərək ona Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun salamlarını çatdırıblar və BANM-in adından hədiyyələr təqdim ediblər.
Forum ərzində əsas diqqət yetirilən məsələlər sırasında tələbələrin təqdimat qabiliyyətlərinin inkişafı, texniki biliklərə yiyələnmə, beynəlxalq tələbə münasibətləri, təcrübənin ötürülməsi və s. yer alıb.
Komanda işinin yaxşılaşdırılması üçün müxtəlif yarışlar təşkil edilib. Forum ərzində Qubkin Universitetində təhsil alan müxtəlif millətlərdən olan tələbələrin iştirakı ilə milli mətbəx, mədəniyyət nümunələri, geyimlərin nümayiş olunduğu tədbirdə BANM-in tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər.
Tələbələr sözügedən ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrlə, həm AMOR, həm də digər yerli təşkilatlarda təmsil olunan gənclərlə də görüşərək fikir mübadiləsi aparıblar.
Tələbələr forum iştirakçılarına daha dolğun məlumat verilməsi üçün onlara BANM barəsində ingilis və rus dilində bukletlər, Azərbaycan haqqında müxtəlif məlumat tipli materiallar paylayıblar.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət