Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini Ermənistan-Azərbaycan münaqişəsinin həllində səylərini artırmağa çağırıb.
«Münaqişənin mərhələli şəkildə həllinə üstünlük verilib. Yəni indi bu istiqamətdə irəli getmək lazımdır. Bu razılaşmanı həyata keçirmək üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, xüsusilə həmsədrlər səylərini artırmalıdırlar”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu gül telekanallara iyunun 20-də Sankt-Peterburqda həmsədrlərin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında baş tutmuş üçtərəfli görüşün yekunlarını şərh edərkən bildirib.*
O, görüşün konstruktiv keçdiyini, nəticələrinin isə "münaqişə tərəflərini qane etdiyini deyib.
N.Məmmədovun sözlərinə görə, Sankt-Peterburqda aparılmış danışıqlar V.Putinin Qarabağ probleminin nizamlanması ilə bağlı ciddi niyyətini nümayiş etdirib.
"Görüşü Rusiya prezidenti Vladimir Putin keçirsə də, sonrakı proses başqa ölkələrlə də əlaqələndiriləcək", - deyə o vurğulayıb.
Prezident Administrasiyası rəhbərinin müavini əlavə edib ki, aprel ayında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş qarşıdurma bütün dünyaya göstərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və status-kvonun saxlanılması çox təhlükəli amildir.
N.Məmmədov qeyd edib ki, prezidentlərin üçtərəfli görüşündə münaqişənin həlli ilə bağlı məsələlərin geniş spektri müzakirə edilib, tərəflər qoşunların təmas xəttində gərginliyin azaldılmasının zəruriliyi, münaqişə zonasında yüksək səviyyəli təhlükəsizliyin və monitorinqin daha geniş əraziləri əhatə etməsinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Onun sözlərinə görə, Sankt-Peterburq görüşü Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Bakının prezident İlham Əliyev tərəfindən müntəzəm olaraq səsləndirilən mövqeyinə dünya birliyinin reaksiyasıdır. «Prezidentimiz həmişə qeyd edib ki, bu münaqişə əvvəl-axır Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmş ərazilərindən çıxmasını, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasını nəzərdə tutan beynəlxalq hüquq çərçivəsində həll edilməlidir», - deyə N.Məmmədov vurğulayıb.
O deyib ki, Sankt-Peterburqda tərəflər belə formatda görüşlərin müntəzəm keçirilməsi barədə razılığa gəliblər. N.Məmmədov əlavə edib ki, bu məsələdə bir çox məqam Ermənistan tərəfinin gələcəkdə atacağı addımlardan asılı olacaq.*
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət