Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın hərəkətində yaranmış problemi tam aradan qaldırıb. Bu barədə DGK-nın məlumatında deyilir.
«6-7 iyul tarixlərində Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb. Sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır. Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsi olub. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə "Sınıq Körpü" gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir”, - deyə məlumatda bildirilir.
“3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu "Sınıq Körpü" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gömrük keçid məntəqəsindəki sıxlıq tam aradan qaldırılıb. DGK-nın tətbiq etdiyi və beynəlxalq təcrübəyə əsaslanan qaydalara əsasən yük avtomobilinin müvafiq gömrük yoxlama və prosedurlarından keçirilərək yola salınması maksimum 20 dəqiqə ərzində təmin olunur”, - deyə məlumatda vurğulanır.
"Sınıq Körpü" gömrük postunun ixrac nəzarət xəttindən iyul ayının 6-da 874 ədəd minik və 263 ədəd yük, iyul ayının 7-də isə 805 ədəd minik və 180 ədəd yük avtomobilinin keçidi təmin olunub ki, bu da təqribən 2 dəqiqədən az vaxta bir minik, 10 dəqiqədən az vaxta isə bir yük avtomobilinin keçidi deməkdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət