Ölkənin gələcək inkişafı üçün kənd təsərrüfatı və sənaye istehsalı prioritet sahələrdir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq”, - deyə İ.Əliyev İsmayıllı rayonunda ictimaiyyətlə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün digər sahələr də böyük əhəmiyyət daşıyır - telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya sahələri, kimya sənayesi.
“Ancaq bütövlükdə sənaye və kənd təsərrüfatı əsas prioritet kimi qalır və qalacaq”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev qeyd edib ki, qeyri-neft sənayesi 2% artıb.
“Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır”, - deyə prezident bildirib.
Dövlət başçısı bəyan edib ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır.
“Ölkədə indi maliyyə sahəsində sabitləşmə təmin edilib”, - deyə İ.Əliyev vurğulıayıb.
Onun sözlərinə görə, ölkə rəhbərliyi sahibkara böyük dayaq olur.
“Mən sahibkarları dəstəkləyirəm, onlarla görüşürəm. Son 10 il ərzində sahibkarlara 1 mlrd. manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Həmin pulun hesabına on minlərlə, yüz minlərlə iş yeri yaradılıb. Ancaq biz gələcəyə baxmalıyıq. Düzdür, çox iş görülüb, ancaq hələ çox iş görülməlidir”, - deyə prezident bildirib. **
F.İsazadə, R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət