Kriminal “avtoritet” Rövşən Lənkəranskinin (Canıyev) vəziyyəti ağır kimi qiymətləndirilir. Bu barədə Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasından məlumat verilib.
“Onun vəziyyəti ağırdır. Ölməyib, reanimasiyadadır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə xəstəxananın qəbul şöbəsindən məlumat verilib.
Moskvada “qanuni oğru” Aslan Usoyanın (Ded Həsən) qətlinin sifarişçisi ehtimal edilən Rövşən Canıyevin Türkiyədə silahlı hücuma məruz qalaraq yaralanıb. Bəzi nəşrlərin məlumatına görə, o xəstəxanada vəfat edib.
Rövşən Canıyev İstanbulda Barbaros bulvarındakı oteldən çıxarkən avtomobilə oturub və bu zaman iki naməlum şəxs tərəfindən güllələnib. Hücum nəticəsində R.Canıyev və sürücüsü ağır yaralanıblar. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
“Ded Həsən” kimi tanınan A.Usoyan 16 yanvar 2013-cü il tarixində Moskvada restorandan çıxışda snayper tərəfindən öldürülüb.
Həmin ilin fevral ayında “İzvestiya” qəzeti xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat verib ki, “Ded Həsən”in qətlinin sifarişçisi ehtimal edilən Rövşən Canıyev ona qarşı törədilən sui-qəsd nəticəsində fevralın 5-də İstanbul hospitalında vəfat edib.
“Fevralın 1-də İstanbulda Rövşənə qarşı sui-qəsd törədilib. Çoxsaylı mühafizəçilərinin olmasına baxmayaraq, avtomatik silahdan atəş açan şəxslər həm onu, həm də cangüdənlərini güllələyiblər”, - deyə mənbə bildirib.
Nəşrin məlumatına görə, rusiyalı əməliyyatçılar əmindirlər ki, R.Canıyevə qarşı sui-qəsd A.Usoyanın qətli ilə birbaşa əlaqəlidir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət