Rəsmi Bakı BMT-nin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əmindir. Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayevbu fikri BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru xanım Sahle-Vork Zevdeyə etimadnaməsini təqdim edərkən səsləndirib.
Görüşdə E.Abdullayev Azərbaycanın BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmçinin bir sıra vacib sahələrdə, xüsusilə qadın hüquqları, multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində BMT-nin səylərinə fəal dəstəyi davam etdirəcək.
Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən səfir BMT-nin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hər zaman birmənalı şəkildə tanıdığını vurğulayıb. O, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edərək BMT-nin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əminliyini diqqətə çatdırıb.
Baş direktor Sahle-Vork Zevde ölkəmizlə BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlıq etməyə hazır olduğunu deyib, Azərbaycanın dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində və qadın hüquqlarının müdafiəsində oynadığı rolunu və zəngin təcrübəsini yüksək qiymətləndirib.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət