Sentyabrda Nyu-Yorkda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kontakt Qrupunun ilk iclası keçirilə bilər. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib.
“İƏT Kontakt Qrupunun xarici işlər nazirləri səviyyəsində ilk iclasının keçirilməsi istiqamətində iş aparılır”, - deyə H.Hacıyev “AzərTAc” agentliyinə bildirib.
Onun sözlərinə görə, Kontakt Qrupunun iclası BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsindəkeçiriləcək.
Aprelin 13-15-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin Yekun Bəyanatında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ciddi mövqe ifadə olunub və Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında qərar qəbul edilib.
Tədbirin Yekun Bəyanatında Ermənistanın ölkəmizə qarşı təcavüzü, cari il aprelin əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında təfərrüatlı bəndlər (16-cı və 17-ci bəndlər) yer aldı.
13-26 sentyabr tarixində Nyu-Yorkda təşkilatın mənzil-qərargahında BMT Baş Assambleyasının 71-ci sessiyası keçiriləcək. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət