Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası 2017-ci ilin yanvar ayında Bakıda keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə məlumat verib.
“Hökumətlərarası komissiyanın növbəti iclası gələn ilin yanvarında Bakıda keçiriləcək", - deyə o bildirib.
Səfirin sözlərinə görə, komissiyanın iclasından sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin İrana səfəri planlaşdırılır. Dekabrda isə Urmiya qubernatoru Azərbaycana səfər edəcək.
O əlavə edib ki, Azərbaycan xarici investisiyaların cəlb edilməsinə görə regionda liderdir. "Biz ölkənizin bu istiqamətdə təcrübəsini öyrənməkdə maraqlıyıq", - deyə C.Cahangirzadə qeyd edib.
O əlavə edib ki, İran və Azərbaycan avtonəqliyyat, dəmir yollarının inkişafı, əczaçılıq zavodunun inşası üzrə 4 iri investisiya layihəsi həyata keçirmək niyyətindədir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət