Azərbaycan və Rusiya Daxili İşlər Nazirlikləri əməkdaşları tərəfindən noyabrın 21-dən 27-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd-Sipər» şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində 27 nəfər saxlanılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Respublikanın Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 27 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 18 nəfər saxlanılıb, itkin düşmüş 5 nəfərin yeri müəyyənləşdirilib”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, əməliyyat çərçivəsində qanunsuz saxlanılan 5 avtomat silahı, 8 tapança, 67 yivli və yivsiz tüfəng, 30 əl qumbarası, 38 ədəd silah sandıqçaları, 30 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 mərmi və 8611 müxtəlif çaplı patron götürülüb.
Bundan başqa, iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub və nəticədə qanunsuz dövriyyədən 1,1 kiloqram narkotik vasitə çıxarılıb.
DİN qeyd edir ki, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.**
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət