“Rusiya İxrac Mərkəzi“ (RİM) SC Azərbaycana $85 mln. dəyərində 26 ixrac layihəsinin reallaşdırılması imkanlarını öyrənir. Bu barədə Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov məlumat verib.
"Azərbaycana ixracın inkişafı çərçivəsində RİM Qrupu $460 mln.-dan artıq məbləğdə 12 layihənin reallaşdırılmasına dəstək göstərib. Bu layihələr dəmir yolu və yerüstü nəqliyyat, radiotexnika və elektronika, əczaçılıq, metallurgiya və ASK-nın bir sıra digər sahələrini əhatə edir. Təxminən $85 mln. dəyərində 26 layihə isə baxılma mərhələsindədir", - deyə o, Şuranın iclasında bildirib.
Hazırda Rusiya Azərbaycanın ticarət dövriyyəsində 3-cü, idxal əməliyyatlarında isə 1-ci yeri tutur. Rusiyadan Azərbaycana ixracın strukturu kifayət qədər şaxələndirilibvə ilk növbədə qeyri-xammalın tədarükünü (98,5%) nəzərdə tutur.
"Doğrudur, bu il ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə azalıb, bu, həm milli valyutaların məzənnəsinin kəskin ucuzlaşması, həm də ölkələrimizdə alıcılıq qabiliyyətinin son dərəcə aşağı düşməsi ilə əlaqədardır. İşgüzar şuralar platformasının yaradılmasında məqsəd ikitərəfli xarici iqtisadi layihələrin həyata keçirilməsinə əlavə təkan vermək və qarşılıqlı ticarət dövriyyəsi və Rusiya ixracının həcmini mərhələli şəkildə artırmaqdır. Xüsusilə onu da nəzərə almaq lazımdır ki, Şuraya, ilk növbədə sənaye məhsullarının ixracı üzrə ixtisaslaşmış şirkətlər daxildir", - deyə sədr qeyd edib.
P.Fradkov əlavə edib ki, hazırda 40 şirkət İşgüzar Şuranın rəsmi üzvüdür. "Bu, pis göstərici deyil. Şuranın tərkibinə vaqonqayırma, kənd təsərrüfatı maşınqayırması, tikinti, informasiya texnologiyaları müəssisələri, eləcə də bank sektorunda fəaliyyət göstərən aparıcı şirkətlər daxildir", - deyə o vurğulayıb.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədr müavini Konstantin Yevstyuxin iclasda Şuranın saytının (www.radstrade.ru) təqdimatını keçirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət