Bakı və Tehran bank sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Azərbaycan-İran Hökumətlərarası Komissiyanın iclasında bəyan edib.
“Bank sektorunda əməkdaşlığı genişləndirmək lazımdır. Bu məqsədlə İran nümayəndə heyəti Mərkəzi Bank və MBNP-nin rəhbərliyi ilə görüşlər keçirəcək”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan-İran münasibətləri neft və qaz, energetika, nəqliyyat və tranzit daşımaları, ticarət, ASK, səhiyyə, İKT sahələrində uğurla inkişaf edir.
“Qaz tədarükü əməliyyatları, elektrik enerjisi, ticarət, səhiyyə və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri var”, - deyə Ş.Musatafeyv vurğulayıb.
O qeyd edib ki, cari ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin anakloji dövrü ilə müqayisədə 60% artıb.
“Azərbaycanda 400-dən artıq İran şirkəti fəaliyyət göstərir. Onların sərmayələrinin həcmi $2 mlrd.-ı ötür”, - deyə Ş.Mustafayev məlumat verib.
Onun sözlərinə görə, dekabrın 29-da Naxçıvanda Azərbaycan-İran biznes forumu təşkil olunacaq. Nazir həmçinin qeyd edib ki, gələn ilin əvvəlində Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Təbriz və Ərdəbilə səfər edəcək.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iki ölkə arasında ASK, turizm, tranzit və yükdaşımaları, elektrik enerjisi, neft və qaz, dərman ixracı sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini qeyd edib. “ASK məhsullarının birgə ixracı, həmçinin bu sahədə avadanlığın birgə istehsalı üçün geniş potensial mövcuddur”, - deyə M.Vaezi bildirib.
O, həmçinin Hökumətlərarası Komissiya çərçivəsində Araz çayı üzərindən“Xudafərin” və “Qız Qalası” su qovşaqlarının inşası üzrə işlərin aktivləşməsi üçün işçi qrupu yaratmağı təklif edib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət