Ermənilər tərəfindən dövlət sərhədinin Tovuz rayonu sahəsinə, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə pilotsuz uçan aparat (PUA) vasitəsilə kustar üsulla hazırlanan partlayıcı qurğu atılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlikdə əmindilər ki, bu növbəti təxribat Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artırılmasına yönəlib.
“Bu cür mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin düşmən tərəfindən tətbiqi müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, xüsusilə də həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə xəsarət yetirmək məqsədi güdür”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyənləşdirilib.
“Beynəlxalq normativ-hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin Ermənistan tərəfindən, xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhədində məqsədyönlü şəkildə tətbiqi vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək niyyəti daşıyır”, - deyə nazirlik vurğulayıb.
Müdafiə Nazirliyi bildirir ki, “baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyət bütünlüklə Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.**
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət