Hazırda Azərbaycan iri regional oyunçudur. Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupusədri Maksim Kuryaçiy belə hesab edir.
“Bu gün Azərbaycan Xəzər və Cənubi Qafqaz regionunda iri oyunçudur və iri qaz kəməri layihərində vacib iştirakçıdır. Xüsusilə, Azərbaycan qazının Avropaya nəqlinin təminatı üzrə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində”, - deyə M.Kuryaçiy bu gün Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, Bakı və Kiyev energetika və hərbi-texniki əməkdaşlıq sahəsində sıx əməkdaşlıq edir. İndiyədək iki ölkə arasında 131 sənəd imzalanıb.
“Ukrayna güclü, sabit və inkişaf edən Azərbaycanda maraqlıdır. Keçmişdə bizi çox şey birləşdirib, hazırda da əlaqələrimiz genişdir. Əminəm ki, yaxın gələcəkdə ölkələrimiz və xalqlarımız arasında bu gün birgə səylərlə inşa etdiyimiz yeni dostluq və əməkdaşlıq körpüləri qurulacaq”, - deyə o vurğulayıb.
M.Kuryaçiy qeyd edib ki, son illər ərzində Azərbaycanla Ukrayna arasında əlaqələr bir çox sahələrdə fəal inkişaf dir. “2016-cı ildə Ukrayna iqtisadiyyatına Azərbayanın birbaşa sərmayələri təxminən 6% artıb və $200 mln.-u ötür. Ötən il Azərbaycan malları və xidmətlərinin Ukraynaya idxalı 2015-ci illə müqayisədə 50% afrtıb. Biz əlaqələrin inkişafında maraqlıyıq”, - deyə o əlavə edib.
M.Kuryaçiyin sözlərinə görə, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
“2016-cı ildə Azərbaycana səfəri zamanı Ukrayna prezidenti Petro Poroşenko bu münaqişədə status-kvonun qəbuledilməz olduğunu xüsusi vurğulayıb. Bu günlərdə Xocalı faciəsinin25 ili tamam olur. Sizin dərdinizi bölüşürük və bu hasələri törədənlərin və icraçılaraının məsuliyyətə cəlb olunmasına dair ədalətli tələbləri dəstəkləyirik. 1932-1933-cü illərdə Qolodomor dəhşətləri, 30-cu illərin Stalin repressiyaları, müharibə zamanı millətçi güllələnmə və deportasiyasının şahidi olan və bu gün Rusiya tərəfindən təcavüzə məruz qalan xalqımız bunu şəxsən özümüzün dərdi kimi qəbul edirik”, - deyə M.Kuryaçiy bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət