Ermənistan silahlı qüvvələrinin təmas xəttinin müxtəlif istiqamətlərində təxribat törətməsi və Azərbaycanın işğal edilmiş ərazilərində "referendum" keçirməsi göstərir ki, Yerevan münaqişənin həllində maraqlı deyil. Bu barədə AzərbaycanınATƏT yanında Daimi Nümayəndəliyinin bəyanatında deyilir.
“Ermənistan Silahlı Qüvvələrinin fevralın 26-da təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini ağır texnikadan atəşə tutması ilə bağlı təxribat təsadüfi akt kimi qiymətləndirilməməlidir", - deyə Daimi Nümayəndəliyin təmas xəttində baş verən gərginliklə bağlı müraciətində deyilir.Müraciət ATƏT Daimi Şurasının iclasında oxunub.
Daimi Nümayəndəlik qeyd edir ki, bu hadisə Ermənistan rejiminin geniş siyasətinin tərkib hissəsidir və hücumun əsas məqsədi münaqişənin siyasi yolla həlli səylərinə zərər vermək üçün ərazidə gərgin vəziyyət yaratmaqdır.
Bəyanatda Dağlıq Qarabağda keçirilən qondarma referenduma da münasibət bildirilib: “İctimai qınaq və işğal edilmiş Azərbaycan ərazilərində qondarma “referendum”un bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunmamasına baxmayaraq, Ermənistan rəhbərliyi bu qeyri-legitim təşəbbüsü həyata keçirdi. Bu kimi təxribatçı addım açıq şəkildə onu göstərir ki, Ermənistan silahlı münaqişənin siyasi həllində maraqlı deyil. Son aylarda Ermənistan rəhbərliyi ölkədə belə bir fikir yaratmağa çalışır ki, aprel müharibəsi zamanı itirilmiş mövqelər geri qaytarılacaq. Bu kimi qəbuledilməz fəaliyyətlər dayandırılmalıdır. Bu vəziyyətin uzadılması münaqişənin gərginləşməsinə və sülh prosesinin iflasına səbəb ola bilər. Azərbaycan ATƏT üzvlərini vəATƏT-in Minsk qrupunu siyasi həll prosesini təhlükə altına alması ilə bağlı Ermənistana təzyiq göstərməyə və təxirə salmadan onu substantiv danışıqlara cəlb etməyə çağırır”.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət