Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında bu gün Moskvada keçirilən görüşün yekunları üzrə “Rusiya Federasiyası və Azərbaycan Respublikası Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı” imzalanıb. Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
“E.Məmmədyarov və S.Lavrov martın 6-da Moskvada keçirilən görüşdə bir çox məsələləri müzakirə ediblər. İki ölkə arasında müqavilə-hüquq bazasının 200-dən artıq müxtəlif sənədi əhatə etməsi müsbət hal kimi qiymətləndirilib. Görüş zamanı “Rusiya Federasiyası və Azərbaycan Respublikası Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı” imzalanıb”, – deyə məlumatda bildirilir.
Nazirlər ikitərəfli tərəfdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər. Bundan başqa, Azərbaycan və Rusiya arasında hərtərəfli əməkdaşlığın, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində hökumətlərarası müştərək komissiyanın və hökumət üzvləri səviyyəsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
“Tərəflər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə dair ətraflı fikir mübadiləsi aparıb, Xəzər dənizi və digər regional məsələlərlə bağlı vahid yanaşmaya malik olduqlarını bildiriblər.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət