Rəsmi Bakı 2018-ci ildə İtaliyanın ATƏT-də sədrliyi dövründə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir. bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Notizie Geopolitiche” analitik portalında yayımlanan “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol” məqaləsində bildirib.
“Ümid edirəm ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaq”, - deyə diplomat qeyd edib.
Səfirin sözlərinə görə, Azərbaycanla İtaliyanı sıx siyasi, iqtisadi və enerji əməkdaşlığı bağlayıq.
“Artıq 10 ildən çoxdur ki, İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı, Azərbaycan İtaliyanın ən iri enereji təchizatçılarından biridir”, - deyə M.Əhmədzadə vurğulayıb.
O qeyd edib ki, bu illər ərzində Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin, o cümlədən İtaliyanın iri şirkətləri ilə yanaşı, orta və kiçik sahibkarlarının sayı artıb.
“Bununla yanaşı, Azərbaycana son illərdə italyan ixracının da dəfələrlə artması ölkəmizi İtaliya istehsalı olan mallar üçün strateji bazarlardan birinə çevirib”, - deyə diplomat bəyan edib.
Səfir xatırladıb ki, TAP layihəsinin gerçəkləşməsindən sonra Azərbaycanın iri Şahdəniz yatağından hasil ediləcək təbii qaz İtaliyaya nəql olunacaq.
“Bu layihə İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq”, - deyə M.Əhmədzadə yazır.
Diplomat həmçinin Bakı və Roma arasında mədəniyyət, humanitar və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edir. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət