Rusiyanın Leninqrad vilayəti Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır. Bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovla görüşü zamanı bildirib.
“Tərəflər Leninqrad vilayəti Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında əməkdaşlıq haqqında sazişin hazırlanması gedişini müzakirə ediblər”, - deyə vilayətin Administrasiyasının rəsmi saytında məlumat verilir.
Qubernator vilayətin ictimai layihələrində və mədəni həyatında Azərbaycan diasporu nümayəndələrinin fəal iştirak etdiklərini, mədəniyyət və sosial münasibətlər sahəsində əlaqələrin genişlənməsinə marağın olduğunu vurğulayıb.
“Biz iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük potensial görürük”, - deyən A.Drozdenko Azərbaycan mallarının Rusiyanın və Avropanın böyük bazarlarına çıxarılması üçün regionun logistik dəstək göstərməyə hazır olduğunu bildirib.
S.Qasımov öz növbəsində, xüsusən humanitar və mədəni sahələrdə ölkələrimiz arasında əməkdaşlığın qorunub saxlanılmasının və inkişafının, dostluq və mehriban qonşuluq münasibətlərinin strateji tərəfdaşlıq ruhunda dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının formatının əhəmiyyətini qeyd edib və Leninqrad vilayətinin nümayəndə heyətini bu il Azərbaycana dəvət edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət