Rusiya Azərbaycana ən azı 12 ədəd “Xrizantema-S” (9P157-2)tank əleyhinə özüyeriyən raket kompleksi tədarük edib. Bu barədə Böyük Britaniyanın “IHS Jane`s Defense Weekly” jurnalı qeyd edir.
Məlumata əsasən, 2019-cu ilə qədər Azərbaycana 15-dən artıq analoji sistem tədarük olunacaq.
Jurnalda vurğulanır ki, iyunun 24-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın hərbi texnikasının yeni pariyasının Bakıya daxil olamsı barədə məlumat verib. Texnika haqqında ətraflı informasiya və təyinatına dair məlumat verilməyib. Lakin, Müdafiə Nazirliyi gətirilən silahların adları və təyinatı barədə məlumat yaymayıb.Nazirliyin yaydığı kadrlardan görünür ki, gəmidən boşaldılanlar “Xrizantema-S” tank əleyhinə raket kompleksləri, habelə bu komplekslərdən ibarət batareyanın idarəolunması üçün 9P157-4 komanda-qərargah maşını, “Xrizantema” raketlərinin qablaşdırıldığı konteynerlərdir.
Jurnalda qeyd olunur ki, “Xrizantema-S” tank əleyhinə raket kompleksləri 2009-2010-cü illərdə dəyəri $5 mlrd.-a yaxın olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən tədarük olunur.
“Xrizantema-S” tank əleyhinə raket kompleksi Kolomen Maşınqayırma və Konstruktor Bürosu tərəfindən hazırlanıb və Saratov Aqreqat Zavodunda istehsal edilir. Bu raket kompleksi mühəndis istehkam qurğuları, hava hədəfləri, canlı qüvvələrin sığınacaqlarda və açıq meydanlardakı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət