Azərbaycanın Litvadakı səfirliyi Vilnüsdə Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimə həsr olunmuş fotosərginin keçirilməsi ilə bağlı erməni təxribatının qarşısını alıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, iyulun 5-də Ermənistanın Litvadakı səfirliyi Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında "Artsax: köhnə diyarda yeni dövlət" adlı fotosərgi təşkil etməyi planlaşdırırdı.
Məsələ ilə bağlı səfirlik tərəfindən dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlanıb, qalereyanın rəhbərliyi ilə görüş keçirilib.
“Görüşdə Azərbaycanın ərazisindəki işğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş edilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb. Sərginin Azərbaycan – Litva arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq, şəkillərin yığışdırılması xahiş edilib”, - deyə məlumatda qeyd olunur.
Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüfləndiyini qeyd edib. Görüşdən yarım saat sonra şəkillər yığışdırılıb və salona giriş bağlanılıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət