Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və bütün region üçün ciddi fəsadlar törədə bilər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə hesab edir.
“Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı və vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər”, - deyə R.Mehdiyevin bəyanatında bildirilir.
“Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur”, - deyə R.Mehdiyev vurğulayıb.
O qeyd edib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qızın və nənəsinin həlak olması Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib. “Əslində, bu, uzun illərdir Ermənistanın cinayətkar rejiminin dinc azərbaycanlı əhaliyə qarşı terror və soyqırımı siyasətinin davamıdır. 1992-ci ildə Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində, Xocalı şəhərində həyata keçirilmiş soyqırımları, habelə Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı terror aktları Ermənistan dövlətinin soyqırımı və terror siyasətini, əsl faşist mahiyyətini ifşa etmiş faktlardır”
R.Mehdiyev bildirib ki, 2016-cı ilin aprelində Ermənistan hərbi birləşmələri cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutub, nəticədə 5 dinc sakin qətlə yetirilmiş, 30-dan artıq insan yaralanıb. Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələb və çağırışlarını qulaq ardına vurur, beynəlxalq qanunvericiliyi pozur, 25 ildir ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur: “Azərbaycana qarşı bu dərəcədə açıq ikili standartların səbəbi nədir? Nəyə görə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın getdikcə azğınlaşan terror və soyqırımı siyasətinə, dinc insanlara qarşı amansız davranışına göz yumur və adekvat reaksiya vermirlər? Hansı səbəbdən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmur, məcburetmə tədbirləri həyata keçirilmir?”
“Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər”, - deyə R.Mehdiyev əlavə edib.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət