Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevi Tbilisi və Brüssel arasında tərəfdaşlığın 10 illiyinə həsr olunan Gürcüstan-Avropa İttifaqı Batumi konfransında iştiraka dəvət edib.
“Cənab prezidenti (İlham Əliyevi - İF) Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq”, - S.Zurabişvili bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, konfransda “nəqliyyat məsələsi əsas mövzu olacaq”. “Biz birgə baxışlarımızı nümayiş etdirə bilərik”, - S.Zurabişvili qeyd edib.
Onun sözlərinə görə, İ.Əliyevlə görüş zamanı Azərbaycan lideri nəqliyyat imkanlarının Çində birgə təqdimatını keçirməyi təklif edib. “Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir”, - S.Zurabişvili vurğulayıb.
O cümlədən, Gürcüstan prezidenti bildirib ki, irimiqyaslı layihələrin icrası Bakı və Tbilisinin gündəliyindədir. “Birgə səylərlə irimiqyaslı layihələri həyata kemurdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir”, - S.Zurabişvili əlavə edib.
O vurğulayıb ki, nəqliyyat dəhlizləri Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın təməl daşıdır. Asiyanın və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır”, - prezident qeyd edib.
S.Zurabişvili Xəzər dənizində nəqliyyat məsələlərinin həllinin vacibliyini vurğulayıb. “Xəzər dənizində nəqliyyat tam inkişaf etdirilməlidir. Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik. Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik”, - prezident bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət