Moskva Bakı və Yerevana Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə hazırdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Öz tərəfimizdən, Bakı və Yerevana kompromis həll yollarının tapılmasında fəal kömək edəcəyik. Əvvəllər olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə birlikdə ardıcıl vasitəçilik səylərini davam etdirəcəyik”, - deyə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin 25 illiyi münasibətilə yaydığı şərhdə bildirilir.
Şərhdə qeyd olunur ki, nizamlanmanın açar aspektləri üzrə razılığa gəlmək üçün zaman və onun iştirakçılarından siyasi iradə tələb olunur.
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mürəkkəb prosesdir. “Nizamlanmanın açar aspektləri üzrə razılığa gəlmək üçün zaman və onun iştirakçılarından siyasi iradə tələb olunur. Biz dayanıqlı sülhə nail olmaq üçün tərəflərin birgə fəaliyyəti davam etdirməsi əzmini görürük. Bunu Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda Vyanada keçirilmiş görüşünün yekunları və Moskvada xarici işlər nazirlərinin danışıqları da sübut edir”, - deyə şərhdə bildirilir.
Rusiya XİN vurğulayır: “Razılaşma Rusiyanın bilavasitə iştirakı ilə əldə olunub. O, kütləvi qan tökülməsinin qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yollarla nizama salınması prosesinə başlamağa imkan verib. Mayın 12-də qüvvəyə minmiş saziş indiyədək atəşkəs rejiminin qorunub saxlanılmasının təməlini təşkil edir”.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət