2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 3,55% - 13 mlrd. 482,6 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 486,5 mln. manat (ilin əvvəlindən azalma 5,3%) və ya bütün kreditlərin 11%-ni təşkil edir.
İyulun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 181,8 mln. manat (artım 4%) və ya bütün kreditlərin 16,2%-i, özəl banklar tərəfindən 10 mlrd. 964,2 mln. manat (artım 4,1%) və ya bütün kreditlərin 81,3%-i həcmində kredit verilib. Qalan 336,6 mln. manat (azalma 14,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il iyulun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 718,1 mln. manat (artım 8%) milli valyuta, 4 mlrd. 764,5 mln. manat (azalma 3,7%) xarici valyuta ilə verilib. Cari ilin iyun ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 35,33% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il iyunun 30-na bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 303 mln. manat (bütün kreditlərin 17,1%-i) ticarət və xidmət sahələrinin, 445,1 mln. manat (3,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 501,9 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahələrinin, 368,7 mln. manat (2,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 784 mln. manat (5,8%) sənaye və istehsal sektorunun, 1 mlrd. 335,6 mln. manat (9,9%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 801,8 mln. manat (43%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 9% artıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət