Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov hesab edir ki, hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli yoxdur.
“Bu, postsovet məkanında ən köhnə münaqişələrdən biridir. Təəssüf ki, bu gün tərəflərin mövqeləri bir-birinə tamamilə ziddir. Və əgər mənim subyektiv fikrim sizə maraqlıdırsa, bu münaqişənin siyasi həlli yoxdur. Lakin bu münaqişənin hərbi yolla da həlli mümkün deyil. Uzun və çətin danışıqlar lazımdır. Ən əsası, bütün tərəflər qarşılıqlı güzəştlərə və hətta güzəştli qərarlara hazır olmalıdırlar”, – deyə o, “Parlamentskaya qazeta”ya müsahibəsində bildirib.
V.Cabarovun sözlərinə görə, münaqişə tərəflərinin bir-birinə qarşı çoxsaylı inciklik və qarşılıqlı iradları toplanıb. Axı, 30 il ərzində bu iki xalqın Sovet İttifaqının tərkibində sülh şəraitində birgə yaşadıqlarını bilməyən ermənilərin və azərbaycanlıların demək olar ki, iki nəsli yetişib. Zaman keçməlidir – məlumdur ki, o, hər şeyin dərmanıdır. Mən nikbinəm və inanıram ki, Cənubi Qafqazın bütün respublikalarının - Azərbaycan, Gürcüstan və Ermənistanın bir-birləri üçün yaxşı qonşu olacağı vaxt da gələcək. Ən başlıcası isə ölkəmizin böyük dostları olacaqlar. Məhz Rusiya ilə dostluq onlara firavanlıq və müstəqilliyi təmin edə bilər", - deyə o vurğulayıb.
V.Cabarov qeyd edib ki, "Rusiya Ermənistan və Azərbaycanın sülh şəraitində yaşamasında çox maraqlıdır. "Ancaq hər iki ölkəni inteqrasiya prosesləri çərçivəsində, məsələn, iqtisadi sahədə birgə iş birləşdirə bilər. Axı indi azərbaycanlılar və ermənilər təkcə MDB PA-da sakit şəkildə əlaqə saxlamırlar, bilirəm ki, onlar məişət səviyyəsində də yola gedə bilərlər. Kimin xalqının ən qədim və ya ən müdrik olduğunu öz aralarında aydınlaşdırmaq lazım deyil, böyük və ümumi işdə təmas nöqtəsi axtarmaq lazımdır. Və burada regional inteqrasiya birlikləri çərçivəsində parlamentlərarası dialoq müsbət rol oynaya bilər", - deyə birinci müavin bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Rusiya münaqişədə Ermənistanın və ya Azərbaycanın mövqeyini tam qəbul edə bilməz. “Biz hamımız nə vaxtsa böyük bir ölkədən çıxmışıq və hər iki respublika da bizə eyni dərəcədə əzizdir. Fikrimcə, Azərbaycanla münasibətləri korlamaq hesabına Ermənistanla münasibətləri yaxşılaşdıra bilmərik və əksinə", - deyə V.Cabarov əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət