Azərbaycan və Rusiya politoloqları Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, eləcə də Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər.
Prezident Administrasiyasının Strateji Araşdırmalar və Planlaşdırma sektorunun müdiri Fuad Axundov bu gün “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya Federasiyası ilə əməkdaşlıq” mövzusunda keçirilən onlayn konfransda bildirib ki, 1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliyini elan etdikdən dərhal sonra Ermənistan Azərbaycan və Gürcüstana müharibə elan edib. Ermənistan Azərbaycanda Dağlıq Qarabağ və Naxçıvana, Gürcüstanda isə Axalkalaki və Borçalıya qarşı ərazi iddiaları irəli sürüb.
"Rusiya Azərbaycan ərazilərinin işğalından sonra onların dərhal və qeyd-şərtsiz işğaldan azad olunmasına səs verib. Son illər danışıqlar zamanı mərhələli və ya paket həll terminlərindən istifadə edilir, halbuki BMT Təhlükəsizlik Şurasının qətnaməsində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz və dərhal azad edilməsindən söhbət gedir. Bununla belə, Ermənistan bu tələbi yerinə yetirməkdən imtina edir və öz qoşunlarının çıxarılması üçün şərtlər irəli sürür", - deyə o qeyd edib.
Sektor müdiri öz çıxışında Ermənistanda nasizmin qəhrəmanlaşdırılması mövzusuna da toxunub.
Axundov, həmçinin erməni faşist Qaregin Ter-Arutyunyanın (Njde) ünvanına "kollaborasionist" sözündən istifadə edilməməsini təklif edib, çünki Njde düşmən tərəfinə keçmiş şəxs yox, faşizm ideologiyasının tərəfdarı olub.
"Erməni dilindən tərcümədə "tsexakronutyun" sözü nasizm və ya irqçilik deməkdir. Bu, Ermənistan paytaxtında şərəfinə abidənin ucaldıldığı Qaregin Njde tərəfindən hazırlanmış ideologiyadır. Faşisti milli qəhrəman səviyyəsinə ucaldan, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin səbəbkarı olan, Türkiyə və Gürcüstan torpaqlarına ərazi iddiaları irəli sürən ölkə necə MDB-nin üzvü ola bilər? Bu gün biz Ermənistanda nasizmin nəinki qəhrəmanlaşdırılmasını, həm də reallaşmasını görürük", - deyə Axundov vurğulayıb.
Öz növbəsində, rusiyalı tarixçi və qafqazşünas Oleq Kuznetsov Rusiyanın Azərbaycanın müttəfiqi olduğunu qeyd edib.
"Rusiyada təkcə erməni millətçilər tərəfindən nasizmin qəhrəmanlaşdırılması cəhdlərinin deyil, həm də hər cür ekstremist fəaliyyətin qarşısının alınması siyasəti aparılır. Armavirdə Njdenin xatirə lövhəsi söküldükdən sonra şəhər polisi 15-ə yaxın erməni ekstremistin aşkarlanması və Rusiya sərhədlərindən kənara çıxarılması ilə bağlı xüsusi əməliyyat həyata keçirib, onlar Ermənistana qaytarılıblar və Rusiya ərazisinə girişləri qadağan edilib. Bundan başqa, Rusiyanın dövlət təhlükəsizliyi orqanları RF FTX-nin Omsk arxivindən Njdenin ittiham olunması ilə bağlı sənədləri məxfilikdən çıxardıqdan sonra onun nasist olub-olmaması məsələsində son nöqtəni qoyublar", - deyə Kuznetsov vurğulayıb.
Tarixçinin sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəinki Cənubi Qafqaz regionunda, həm də Ön Asiyadan başlayaraq Mərkəzi Volqaya qədər geniş coğrafi ərazidə sabitliyə əsas təhdiddir.
"Biz ümumi təhlükəyə qarşı mübarizə aparmaq üçün birləşməliyik", - deyə Kuznetsov qeyd edib.
Politoloq və ictimai xadim Darya Qrevtsova isə əlavə edib ki, Rusiyaya öz sərhədlərində münaqişələr qətiyyən lazım deyil. O, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın nasizmin qəhrəmanlaşdırılması siyasətini əsla qəbul etmir.
"Sergey Lavrovun bu yaxınlarda etdiyi çıxışı və onun müqavilə imzalamaq təklifini (Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair) yada salsaq, Ermənistan tərəfi onu imzalamaqdan imtina edib, halbuki bu məsələ əvvəlcədən müzakirə olunmuş və hamı müqavilənin bəndləri ilə razılaşmışdı. Əlbəttə, Rusiyada erməni tərəfin qeyri-adekvatlığı görür və anlayırlar ki, problem var və bu, ilk növbədə, Ermənistan tərəfdən, onun münaqişəni həll etmək istəməməsindən, onlara sərf etdiyi üçün status-kvonu saxlamaq niyyətində olmasından qaynaqlanır", - deyə Qrevtsova qeyd edib.
Onun sözlərinə görə, informasiya dəstəyi çox vacibdir, Avropa Birliyi bu məsələ barədə məlumatlandırılmalıdır. "Avropa Birliyi Dağlıq Qarabağ problemi barədə eşitsə də, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalından qətiyyən xəbərdar deyildi. Həmçinin Avropa ölkələrindən olan həmkarlarla onlayn konfranslar da təşkil etmək lazımdır", - deyə Qrevtsova əlavə edib.
Öz növbəsində, rusiyalı siyasətçi, Rusiya Dövlət Dumasının üzvü Aleksey Juravlyov Azərbaycanın güclü orduya malik olduğunu bəyan edib. "Dağlıq Qarabağ problemi ayrıca konfrans tələb edir, bununla bağlı mənim danışmağa sözüm var. Mən beynəlxalq razılaşmalarla bağlı Azərbaycan xalqının tərəfindəyəm və hüquqi aspektlər Ermənistan da daxil olmaqla, istənilən dövlət tərəfindən icra edilməlidir", - deyə o bildirib.
Qeyd edək ki, 18 dekabr 2019-cu il tarixində BMT Baş Assambleyasının 74-cü plenar iclasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə haqqında qətnamə qəbul edilib. Sənəd 133 dövlət tərəfindən dəstəklənib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət