Rəsmi Bakı Qarabağda Ermənistanın tərəfində döyüşmüş muzdluların siyahısını Moskvaya təqdim edib. Bunu Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu deyib.
"Dağlıq Qarabağ münaqişəsi ətrafında guya Azərbaycanın tərəfində muzdluların döyüşməsi ilə bağlı çoxlu spekulyasiyalar gedir. Nə Sergey Narışkin, nə də Sergey Lavrov muzdluların sayından danışarkən, onların kimin tərəfində döyüşdüklərini bir dəfə də deməyiblər", - deyə səfir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı Qarabağda Ermənistanın tərəfində döyüşmüş muzdluların siyahısını Moskvaya təqdim edib.
P.Bülbüloğlu guya Suriya döyüşçülərinin Azərbaycan tərəfində döyüşməsi ilə bağlı yayılmış videoçarxları şərh edərək vurğulayıb ki, bu, Azərbaycana qarşı yönəlmiş, heç bir real təsdiqi olmayan saxta videolardan başqa bir şey deyil.
"Hələ ki, heç bir sübut yoxdur. Çoxlarından fərqli olaraq, mən dünən Ermənistan ərazisində fəaliyyət göstərən terror təşkilatlarının, muzdluların ad və soyadlarının əks olunduğu sənədi Rusiyanın məsul orqanlarına təhvil verilməsi üçün imzalamışam", - deyə diplomat qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət