2020-ci ildə Azərbaycanda koronavirus COVİD-19 pandemiyadan təsirlənən əhali, biznes və maliyyə institutları üçün bir sıra tənzimləyici güzəştlər barədə qərarlar çərçivəsində banklar tərəfindən 1,2 milyard manat məbləğində krediti restrukturizasiya edilib. Bu barədə Azərnaycan Mərkəzi Bankından məlumat verilir.
“Banklar tərəfindən ilin ötən dövründə 50 min borcalanın 1.2 mlrd. manat krediti restrukturizasiya edilib. Restrukturizasiya olunmuş məbləğin 87%-i biznes, 9%-i istehlak, 4%-i isə ipoteka kreditlərinin payına düşüb. Həmçinin, banklar tərəfindən sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərə nağdsız ödənişlər üzrə xidmət haqlarına 50%-dək güzəşt tətbiq edilib”, -AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
AMB qeyd edir ki, pandemiya nağdsız ödəniş infrastrukturundan istifadənin genişlənməsi və banklar tərəfindən təqdim edilən innovativ ödəniş xidmətlərinin çeşidinin artırılmasına gətirib.
“Belə ki, 11 ayda ötən ilin müvafiq dövrünə nəzərən ödəniş kartları vasitəsilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi 34%, təmassız ödənişlərin həcmi 5.2 dəfə, internet və mobil bankçılıq üzrə aparılan hesablaşmaların həcmi isə müvafiq olaraq 65% və 90% artıb”, - bəyanatda qeyd olunur. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət