Rusiya Federasiyasına göndərilən məhsullara nəzarət gücləndirilməsə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan kartof ixracına qadağa qoya bilər. Bu barədə “Rosselxoznadzor” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda keçirilən görüşün yekunları üzrə məlumat verib.
“Rosselxoznadzor” Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartofların aşkarlandığını bildirib. Xidmət azərbaycanlı həmkarlarından pozuntunun səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparmağı, həmçinin RF-yə göndərilən məhsullara nəzarəti gücləndirməyi xahiş edib.
“Rusiya tərəfi xəbərdarlıq edib ki, bu hal təkrarlanarsa, Azərbaycandan kartof ixracına müvəqqəti məhdudiyyətlər tətbiq etməli olacaq”, - deyə məlumatda bildirilir.
Bundan başqa, “Rosselxoznadzor” məlumat verib ki, Rusiya Federasiyasına göndərilən pomidorlarda zərərli orqanizmlərin aşkar ediləcəyi halda yoluxmuş yüklər göndərən müəssisələrdən ixraca qadağa qoyulacaq.
Xəbər verildiyi kimi, hazırda 152 Azərbaycan müəssisəsi RF-yə pomidor ixrac etmək hüququna malikdir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət