2021-ci ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 5,4% artaraq $53,5 milyarda çatıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
“Strateji valyuta ehtiyatları ilin əvvəlindən 5,4% - $53,5 milyarda qədər artıb (2021-ci ilin sonuna gözlənilən ÜDM-in 113%-i)”, - deyə o, bu gün parlamentdə 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Sədrin sözlərinə görə, dünya neft bazarında mövcud vəziyyət valyuta ehtiyatlarının artımına müsbət təsir göstərir. “İlin əvvəlindən Brent markalı neftin bir barelinin orta qiyməti $70 təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 63% çoxdur”, - deyə o qeyd edib.
E.Rüstəmov vurğulayıb ki, bu vəziyyət tədiyə balansının göstəricilərinə də müsbət təsir göstərir. “2021-ci ilin yekunları üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8%-ni təşkil edəcək”, - deyə o əlavə edib.
Mərkəzi Bankın sədri qeyd edib ki, Azərbaycanın valyuta bazarında da sabitlik müşahidə olunur. Bununla belə, cari il ərzində milli valyutanın məzənnəsi ciddi təzyiqlə üzləşib, çünki valyuta hərraclarının əksəriyyətində təklif tələbi üstələyib.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları pik səviyyədə - $53,7 milyard məbləğində olub. 2014-cü ilin IV rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar azalma prosesi 2015-2016-cı illərdə də davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub və bu tendensiya 2018-2021-ci illərdə də davam edir.
2021-ci ilin I yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 milyard 878,4 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,1 dəfə çoxdur.
Daha əvvəl E.Rüstəmov bildirmişdi ki, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neftin bir barelinin orta qiyməti $65 fərz edilməklə $3 milyardı ötəcək.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2019-cu ildə qeydə alınmış $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı $227,6 milyon və ya ÜDM-in 0,5%-ni təşkil edib. Kəsir neftin ucuzlaşması (2020-ci ildə bir barel neftin orta qiyməti bir il əvvələ olan $64-a qarşı $41 təşkil edib) və OPEC+ razılaşması çərçivəsində ixracın həcminin azalması ilə şərtlənib.*
X.Nəsirzadə, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət