Azərbaycan ərazisində nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb, hazırda əsas diqqət tranzit imkanlarının artırılmasına yetirilir. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Qeyri-neft sektoruna istiqamətlənmə əsas prioritet olub və yenə belədir. Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik”, - deyə dövlət başçısı TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın yanvarın 30-da “Rossiya 24” telekanalında yayımlanmış “Hakimiyyət formulu” verilişində bildirib. Veriliş Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.
Prezident qeyd edib ki, Azərbaycan hökuməti neftdən asılılığı azaltmaq üçün iqtisadiyyatın bütün sektorlarını inkişaf etdirməyə çalışır. “İnformasiya-kommunikasiya texnologiyaları sektorunda da təməl pis deyil. Artıq üç peykə malik olan Azərbaycan kosmik klubun üzvüdür. İKT sahəsi çox fəal inkişaf edir və bu sahədə mühüm artım var. Başqa sahələrə gəldikdə isə, əlbəttə, mən ilk növbədə, kənd təsərrüfatını qeyd edərdim. Burada çox böyük potensial var, çox böyük sərmayə qoyulub və yetərincə ciddi artım var. Biz turizmə böyük diqqət yetirmişik və yenə yetiririk, müasir turizm infrastrukturu yaradılıb. Lakin, əlbəttə, pandemiya bu sektora çox güclü zərbə vurub. Hazırda biz daxili turizmin stimullaşdırılması barədə düşünürük”, - deyə İ.Əliyev vurğulayıb.
O əlavə edib ki, dövlət başçısı kimi bütün fəaliyyətini ölkənin hərtərəfli inkişaf etdirilməsi zərurətinə əsaslanaraq həyata keçirir.
“Açığını deyim ki, mən həyatda qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsək, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Lakin mən məhz sizin dediyiniz kimi, yarım əsr irəliyə baxıram. Energetika sahəsində bu müddət 100 ildir. Yəni, Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir. Biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək. Təhsil – o da bir neçə onillik irəlini nəzərdə tutmalıdır”, - deyə dövlət başçısı qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət