Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində martın 11-də Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Feliks Plasensiya Qonsales ilə görüşüb.
“Nazirlər ölkələr arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri, habelə Qoşulmama Hərəkatı daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və bu xüsusda, iqtisadi, ticarət və investisiya qoyuluşu, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Bundan başqa, C.Bayramov Forum çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə də görüşüb.
“Nazirlər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Tərəflər, həmçinin təhsil sahəsində əməkdaşlıq məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət