Xarici işlər naziri Ceyhun Bayramov və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kairat Sarıbay bu gün Antalya Diplomatiya Forumu çərçivəsində AQEM-in cari ilin oktyabr ayında keçiriləcək Zirvə görüşünə hazırlıq işlərini müzakirə ediblər. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
İcraçı direktor görüşdə Azərbaycanın ilk gündən etibarən AQEM təşəbbüsünə davamlı dəstək göstərdiyini məmnunluq və minnətdarlıqla qeyd edib.
“O, xüsusilə Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üçün etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolunu yüksək qiymətləndirib və sözügedən istiqamətdə ötən ilin sentyabr ayında keçirilən ekspertlər görüşünün çox faydalı olduğunu vurğulayıb. İcraçı direktor, həmçinin təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin qurulmasının AQEM çərçivəsində əsas istiqamətlərdən biri olduğunu qeyd edib”, - deyə məlumatda bildirilir.
K.Sarıbay cari ilin oktyabr ayında keçiriləcək AQEM-in Sammitinə hazırlıq prosesi barədə məlumat verib.
C.Bayramov Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini və sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi önəmi və bu istiqamətin prioritet xarakter daşıdığını qeyd edib. Xüsusilə, post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları kontekstində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulayan nazir, bu xüsusda Azərbaycanın mövqeyini ifadə edib. C.Bayramov, eyni zamanda AQEM platformasının inkişafı ilə bağlı səylərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət