ATƏT həllini tapmamış məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan və Ermənistanı zəruri danışıqlar aparmağa çağırır. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun martın 29-dan aprelin 1-dək Cənubi Qafqaz ölkələrinə səfərinin yekunlarına dair bəyanatda deyilir.
“Səfər mövcud təhlükəsizlik çağırışları və dayanıqlı sülhün əldə olunması, həmçinin ATƏT ilə Cənubi Qafqaz regionu dövlətləri rasında əməkdaşlığın möhkəmlənməsinə həsr edimişdi”, - bəyanatda qeyd olunur.
Azərbaycanda Raunun danışıqları “Azərbaycanla Ermənistan arasında münasibətlərdə həll edilməmiş məsələlərin həllinin axtarışı və davamlı və dayanıqlı sülhün əldə olunmasında ATƏT-in iştirakına həsr edilib”.
“Xüsusilə, saxlanılan şəxslərin azad edilməsi, itkin düşənlər barədə məlumat mübadiləsi, minatəmizəmə və tarixi və mədəni obyektlərin müdafiəsi kimi təcili humanitar məsələlərdə irəliləyişin əldə olunmasına ümid edirik”, bəyanatda Raunun sözlərindən sitat gətirilir.
Ermənistana səfərinə toxunaraq, o vurğulayıb ki, Polşa ATƏT-in sədri qismində “yerlərdə gərginliyin aradan qaldırılması üçün çox zəruri olan dialoqa yönələn bütün təşəbbüsləri tam dəstəkləyir”.
“Biz həm Ermənistanı, həm də Azərbaycanı bütün həll olunmamış məsələlərin hərtərəfli həllinə gəlmək üçün danışıqları vicdanla aparmağa çağırırıq”, - Rau bəyan edib.
ATƏT-in fəaliyyətdə olan sədri Bakı və İrəvanda şəxsi nümayəndəsi Andjey Kaspşikin rolunu vurğulayaraq, məsələlərin həllində onun iştirakıın genişlənməsini təklif edib. Raunun fikrincə, Kaspşikin işi “təhlükəsizliyə yardım edərək, etimadı möhkəmlədərək, humanitar çıxışı sadələşdirərək və digər həyati vacib məsələlərə töhfə verərək, əlavə fayda gətirə bilər”. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət