Ermənistan münasibətlərin normallaşması üçün Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TRT World telekanalına müsahibəsində bəyan edib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün Azərbaycan tərəfi “Helsinki Yekun Aktının prinsiplərinin də daxil olduğu” beş bənddən ibarət sənədi Ermənistana təqdim edib.
“Biz Ermənistan tərəfinə sülh müqaviləsinin, Ermənistanla Azərbaycan arasında potensial sülh müqaviəsinin əsas prinsiplərini təqdim etmişik. Onlar beynəlxalq hüquq prinsipləri və normaları əsasında formalaşdırılıb və mehriban qonşuuq münasibətlərinin özülünü təşkil edir. Əgər siz (Ermənistan - İF) mehriban qonşuluq münasibətəri yaratmaq istəyirsinizsə, hər şey ilk və ən vacib qərardan başlayır: Ermənistan və Azərbaycan biri birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdır. O cümlədən, ərazi bütövüyünə qarşı güc tətbiqi və təhdidlərdən çəkinməlidir”, - Hacıyev bildirib.
“Ermənistan Azərbaycana qarşı bu ərazi iddialarına son qoymalıdır. Və o zaman, buna əsaslanaraq, biz irəliyə doğru hərəkət edə biləcəyik”, - o vurğulayıb.
Hacıyev diqqəti Türkiyənin Ermənistanla diplomatik səviyyədə əlaqələr qurmasına yönəldib. “Biz bu prosesi, eyni zamanda, həmin prosesin iki istiqamətinin sinxron və paralel inkişafı prosesini dəstəkləyirik: Ermənistan-Azərbaycan münasibətlərinin, o cümlədən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını”, - Azərbaycan Prezidentinin köməkçisi bəyan edib. **
R.Kərimov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət