Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıb.
Dövlət başçısının saytında məlumat verilir ki, prezident bazar ertəsi müvafiq sərəncam imzalayıb.
Sənədə əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev təyin edilib.
Komissiyanın tərkibinə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, xarici işlər nazirinin müavini, daxili işlər nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, ədliyyə nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, müdafiə nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri, Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət