Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə günü Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb. Bu barədə RF İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüş Moskvada Xəzər İqtisadi Forumu çərçivəsində baş tutub.
“İnterfaks-Azərbaycan” RF İqtisadi İnkişaf Nazirliyinə istinadən məlumat verir ki, son 6 il ərzində Rusiya və Azərbaycan ikitərəfli ticarət dövriyyəsini 80% (1,9 milyard dollardan 3,4 milyard dollaradək) artırıb. Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları arasında 3-cü və idxalçı kimi 1-ci yerdədir (2021-ci ildə Rusiyadan idxalın payı 17,7% olub). Bu il müsbət dimanika qalmaqdadır – ticarət dövriyyəsi 10%-dən çox artıb.
Reşetnikov qarşılıqlı ticarətin praktiki olaraq, bütün ənənəvi mallar - ərzaq, kimya sənayesi məhsulları, metallar və onlardan hazırlanmış məhsullar üzrə geniş potensialın olduğunu qeyd edib. “Kooperasiya layihələrini daha fəal inkişaf etdirmək, maneələri aradan qaldırmaq, logistika sahəsində məsələləri həll etmək lazımdır. Biz bu işə hazırıq ", - deyə o təsdiqləyib.
O cümlədən, tərəflər investisiya əməkdaşlığının inkişafı istiqamətlərini müzakirə ediblər. “Hazırki şəraitdə və ixrac-idxal axınlarının istiqamətinin dəyişilməsini nəzərə alaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə fəaliyyət xüsusi rol oynamağa başlayır”, - nazirlikdən qeyd ediblər. Rusiyanın iqtisadi inkişaf nazir vurğulayıb ki, 2023-2025-ci illər üçün RF federal büdcə layihəsində müvafiq qərarlar öz əksini tapıb. Qeyd olunur ki, infrastrukturun “dar yerlərinin” aradan qaldırılması, keçid məntəqələrinin modernləşdirilməsi, razılaşdırılmış tarif siyasətinin tətbiqi zamanı yükdaşımaların potensial həcmi 360 milyon tonadək arta bilər.
Cari və starteji məsələlərin həlli məqsədilə RF və Azərbaycan iqtisadiyyat nazirlikləri səviyyəsində iqtisadi və investisiya qarşılıqlı fəaliyyət üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub. Rusiya tərəfindən qrupa RF-nin iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç rəhbərlik edəcək.
Reşetnikov həmçinin diqqətə çatdırıb ki, ikitərəfli əməkdaşlığın fərqli cəhəti inkişaf etmiş regionlararası əlaqələrdir. Qeyd olunur ki, 70-dən çox Rusiya subyekti Azərbaycanla əməkdaşlıq edir, Moskva və Sankt-Peterburq, Moskva, Çelyabinsk, Nijni Novqorod, Sverdlovsk və Saratov vilayətləri, Stavropol və Krasnodar diyarları, Tatarıstan Respublikası ilə ticarət əlaqələrini daha fəal inkişaf etdirir.
Öz növbəsində, görüşdə iştirak edən «Işgüzar Rusiya» biznes birliyinin sədri Aleksey Repik rusiyalı sahibkarlar adından tənzimləyicilərin diqqətini cari geosiyasi şəraitdə Rusiya ilə Azərbaycan arasında fasiləsiz logistika əlaqəsinin vacibliyinə yönəldib. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə mane olan mövcud və yaranan maneələri mümkün qədər operativ aradan qaldırmaq lazımdır - ticarət-iqtisadi qarşılıqlı əlaqələrin səviyyəsini artırmaq üçün potensial mövcuddur. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət