2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 16,9% - 20 milyard 15,3 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrda bankların kredit portfeli 1,6% və ya 313,6 milyon manat artıb.
Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 646 milyon manat (hesabat dövründə azalma 10,2% - İF) və ya bütün kreditlərin 3,2%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
Oktyabrın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 862,5 milyon manat (artım 15,9%) və ya bütün kreditlərin 19,3%-i, özəl banklar tərəfindən 15 milyard 608,3 milyon manat (artım 17,1%) və ya bütün kreditlərin 78%-i həcmində kredit verilib. Qalan 544,5 milyon manat (artım 18,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Oktyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 15 milyard 657,6 milyon manat (artım 23,3%) milli valyuta, 4 milyard 357,7 milyon manat (azalma 1,5%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 21,8% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 270,4 milyon manat (bütün kreditlərin 16,3%-i) ticarət və xidmət sahələrinin, 660,1 milyon manat (3,3%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 623,6 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 181,6 milyon manat (5,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 79,3 milyon manat (5,4%) sənaye və istehsal sektorunun, 798,1 milyon manat (4%) nəqliyyat və rabitə sahələrinin, 10 milyard 949,9 milyon manat (54,7%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
Yanvar-oktyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 27,2% artıb (oktyabrda artım 2,3% və ya 241,3 milyon manat təşkil edib).*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət