Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı İrəvanda yerləşən “Ayk-Meq” MMC-dir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Ermənistan tərəfindən anti-Azərbaycan siyasətin davam etdirilməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə əlaqədar Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin baş katibinə təqdim edilmiş məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində deyilir.
“Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı Ermənistana məxsus, 1991-ci ildə yaradılmış “Ayk-Meq” MMC-dir. Ermənistanın hərbi sənayesi sahəsində mühüm rol oynayan bu şirkət paytaxt İrəvanda yerləşir. Şirkətin istehsal etdiyi PMN-E, PMN-2, POMZ-2, OZM-72, MON-50 və PFM-1 tipli piyadalar əleyhinə minalar 2016–cı ildə Ermənistanda keçirilmiş “ArmHiTec2016” müdafiə sənayesi sərgisində nümayiş etdirilib”, - deyə məruzədə bildirilir.
Məruzədə vurğulanır ki, Azərbaycan hökumətinin genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları həyata keçirdiyi bir vaxtda aşkarlanan yeni faktlar Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə minaların yerləşdirilməsinin davam etdiyini təsdiq edir.
Belə ki, 2022-ci ilin avqust ayında Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında minalardan təmizləmə əməliyyatlarının gedişində aşkar edilmiş piyadalar əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal edilib və deməli, Ermənistanla Azərbaycan arasında bütün hərbi əməliyyatların dayandırılması barədə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalanandan sonra yerləşdirilib.
Cari qeyri-texniki və texniki müşahidələrə görə, Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var. Bundan əlavə, bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib.
“Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi Ermənistanın beynəlxalq, o cümlədən üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəliklərinə ziddir. Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb və Azərbaycana qarşı hərbi əməliyyatlara son qoymayıb. Bunun əvəzinə o, Azərbaycan ərazisində istehkamlar qurmağı və hərbi-mühəndis işləri aparmağı, o cümlədən piyadalar əleyhinə çoxsaylı minalar yerləşdirilməsini davam etdirir. Bu hərəkətlər beynəlxalq hüququn, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq humanitar hüququn yolverilməz şəkildə pozulmasıdır. Ermənistan buna görə məsuliyyət daşıyır. Ermənistanın belə hərəkətləri nə regionda sabitliyə xidmət edir, nə də sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə”, - deyə məruzədə qeyd edilir.*
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət