Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Rusiya tərəfinə müvafiq nota təqdim edərək əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin Qarabağdakı yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edib. Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, belə səfərə maneə törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb.
A.Hacızadə əlavə edib ki, Azərbaycan ərazilərinin bir hissəsində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib. Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib. Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur.
Mətbuat xidməti idarəsinin rəisi bildirib ki, dekabrın 3-dən etibarən Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneə törədilib.
“Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib”, - deyə o vurğulayıb.
Daha əvvəl İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə məlumata görə, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ilkin monitorinqə başlamağı planlaşdırmışdı.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu.
Lakin həmin gün İqtisadiyyat Nazirliyindən bildirilib ki, ilkin monitorinq növbəti təxribat nəticəsində baş tutmayıb.
“Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar”, - deyə nazirliyin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəlki müzakirələr nəticəsində səfərin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyət üçün şərait yaradılmayıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət