Prezident İlham Əliyev bəyan edib ki, sentyabr əməliyyatı Azərbaycan Ordusuna Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmağa və gələcəkdə böyük problemlərdən sığortalanmağa imkan verdi.
“Bu il bir çox önəmli hadisələr baş verib. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq”, - deyə dövlət başçısı bu gün Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
Onun sözlərinə görə, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. “Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”, - deyə prezident vurğulayıb.
İ.Əliyev əlavə edib ki, “özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq”.*
Xəbərlər şöbəsi
Əliyev: 2023-cü ildə Azərbaycan Bolqarıstana 1 milyard kubmetrə yaxın qaz tədarük edəcək
Əliyev: Azərbaycan Avropaya qaz təchizatının coğrafiyasını genişləndirməyi planlaşdırır
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək