Ermənistan sülh müqaviləsinin son layihəsini Azərbaycana təqdim edib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Dünən Ermənistan Azərbaycanla sülh və münasibətlərin təşkili haqqında müqavilə layihəsinin növbəti mərhələsi üzərində işi başa çatdırıb və təkliflərimiz Azərbaycana təqdim olunub. Müqavilənin sonuncu, dolğun və təkliflərimizlə birgə layihəsi təqdim edilib”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, sənəd həmçinin Rusiya, Fransa və ABŞ-a təqdim olunub.
“Biz müqavilə layihəsi üzərində aşağıdakı məntiq çərçivəsində işləyirik – istənilən an imzalamağa hazır olduğunuz sənəd əldə etmək məqsədilə. Aydındır ki, bu səənəd Azərbaycan üçün də məqbul olmalıdır. Biz ümid edirik ki, danışıqların üç mərhələsi nəticəsində qeydə alınan irəliləyişi inkişaf etmək mümkün olacaq”, - Paşinyan qeyd edib.
O bəyan edib ki, sənəddə uzunmüddətli sülh və sabitliyin pozulmasının istənilən ssenarisini istisna edəcək razılaşma məntiqi, səmərəli nəzarət və təsirli mexanizmlər olmalıdır.
"Məna budur ki, müqavilənin imzalanması mövcud müqavilə əsasında müharibəyə çevrilməməlidir. Bu, absurd səslənsə belə, lakin bu cür bir ssenari də ola bilər, əksinə, həqiqətən uzunmüddətli sülh anlamına gəlməlidir", - Paşinyan bildirib.
"Şəxsən öz adımdan və hökumətin adından məhz bu cür müqaviləni imzalamağa hazır olduğumu təsdiqləyirəm. Mən bu məsuliyyəti öz üzərimə götürməyə və daşımağa hazıram", - baş nazir bəyan edib. **
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət