Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olmasının qəbuledilməz olduğunu bəyan edib.
“Görüş yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu”, - deyə dövlət başçısı jurnalistlərə fevralın 18-də Münxendə ABŞ-ın dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla birgə görüşü şərh edərkən bildirib.
“Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik”, - deyə İ.Əliyev vurğulayıb.
O qeyd edib ki, ilk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil: “Yəni, əsas bu məsələ müzakirə olundu”.*
V.Əliyev
Əliyev: Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri 2024-cü ilin sonunda başa çatacaq
Əliyev: Gələcəkdə Naxçıvandan Türkiyəyə “yaşıl enerji» ixracı ən azı, 1 min meqavat təşkil edə bilər
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-nə qədər uzadılıb
Baydenin Paşinyana məktubu: ABŞ Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirəcək
Ərdoğan Ermənistanın Cənubi Qafqazda sülh naminə səmimi addımlar atmasını gözləyir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr