“Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycandakı şərab zavodunun bazasında turizm mərkəzi yaratmağı planlaşdırır. Bu barədə bu gün jurnalistlərə qrupun səhmdarı Boris Titov məlumat verib.
“Bizim Azərbaycanda şərabçılıq layihəmiz var və o, artıq real nəticələr verir. Bu gün biz Azərbaycanın bütün şərab zavodları arasında Rusiyaya ixrac üzrə birinci yerdəyik. Bundan başqa, Azərbaycanda turizm mərkəzinin açılması planlaşdırılır”, - deyə B.Titov bildirib.
O vurğulayıb ki, Azərbaycan istehsal olunan şərabın həcminə görə Sovet İttifaqında birinci yeri tuturdu.
B.Titov layihənin həyata keçirilmə vaxtını və investisiyaların həcmini açıqlamayıb.
“Abrau-Durso” Şirkətlər Qrupunun törəmə müəssisəsi olan “AzAbrau” MMC 2021-ci ilin dekabr ayında “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının (86,64%) satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.
“AzAbrau” 2022-ci ildə Rusiyaya 600 min şüşə şərab ixrac edib, 2023-cü ildə bu rəqəm 3,5 milyon təşkil edəcək.
“Abrau-Durso”nun prezidenti Pavel Titov dekabrda mətbuat konfransında bildirmişdi ki, 2023-cü ilin II rübündə Azərbaycandakı müəssisədə köpüklü şərab istehsalı xəttinin istifadəyə verilməsi planlaşdırılır.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət