Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirlərigörülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, - deyə məlumatda bildirilib.*
V.Əliyev
27-28 noyabr tarixlərində “MuğanBank”ın əmanətçilərinə 100 milyon manat kompensasiya ödənilib
2020-ci ildən TAP vasitəsilə Aİ ölkələrinə 30 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub
LDU 5 mərtəbəli laboratoriya binası inşa etməyi planlaşdırır
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
Blinken Qəzzada humanitar fasilənin uzadılmasını müzakirə edəcəyini vəd edir
London və İrəvan müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Klaar Türkiyədə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və NEQSOL Holding Anlaşma Memorandumu imzalayıb
Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək