İyunun 15-də Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları Kamran Əliyev, İqor Krasnov və Anna Vardapetyan arasında üçtərəfli görüş keçirilib.
“Mən daimi təmasların davam etdirilməsini, regionda sülhün, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşdirilməsi vəzifələrinin yerinə yetirilməsi üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi kursuna riayət edilməsini son dərəcə vacib hesab edirəm”, - deyə Krasnov görüşdə bildirib.
Krasnov ilə Əliyevin görüşündə iki ölkənin investorları və iş adamlarının hüquqlarına riayət olunması məsələləri müzakirə olunub.
Krasnov Bakıdakı rus qəbirlərinin dağıdılmasının araşdırılması istiqamətində Azərbaycan prokurorluğu tərəfindən aparılan işlərə və nəticədə hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsinə görə Əliyevə təşəkkür edib.
Rusiya və Azərbaycanın baş prokurorları 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı imzalayıblar. Sənəddə əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi, rəqəmsal maliyyə aktivlərinin, o cümlədən kriptovalyutaların xaricə qanunsuz ötürülməsinə qarşı mübarizə, prokurorların fəaliyyətində, habelə hərbi prokurorluq orqanlarının nəzarət fəaliyyətində müasir texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılması üçün görüşlərin keçirilməsi nəzərdə tutulur.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət