Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun (Qarabağ iqtisadi rayonu) yaradılması haqqında sərəncam imzalayıb.
“Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədiləqərara alıram: Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilsin”, - dövlət başçısının saytında dərc olunan sənəddə qeyd olunur.
Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan prezidentinə məlumat verməli, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Turizm Agentliyi Qoruğun idarə olunmasını təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Əliyev Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməyi tapşırıb. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət