Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə illik inflyasiya proqnozunu 8.3% səviyyəsində saxlayıb.
“Qlobal iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı qeyri-müəyyənlik qalmaqda davam edir. May ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 11.5% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə (15,6%) ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12.7%-ə enib”, - deyə AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatında bildirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2.6% (2022-ci ilin mart ayında qeydə alınmış pik səviyyə 18,7% təşkil edib - İF) azalıb.
AMB-nin məlumatına görə, ikirəqəmli xarici inflyasiya Azərbaycanda qiymətlərə təsir edən əsas amillərdən biridir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır. Bununla belə son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi müşahidə olunur.
Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9%-dək (2021-ci ildə 6,7%) artıb.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% səviyyəsində proqnozlaşdırır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət